Ayxan Abbasov: "Penaltimiz verilmədi"

19:19 - 8 Aprel 2018

“Gərgin, maraqlı oyun oldu. Komandamdan razı qaldım”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib. “Qartallar” Topaz Premyer Liqasının XXII turunda öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Futbolçularımız meydanda özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Bu gün 3 xal istəsək də, sonda qol buraxdıq. Düzdü, qollar vura bilərdik, amma imkanlarımızdan yararlana bilmədik. Futbolçularımı sakit olmağa çağırmışdım, çünki Qəbələdəki oyunda problemlər olmuşdu. Önümüzə baxmalı və sonra qədər vuruşmalıyıq”.

 

- Şərti cəzanız qalsa da, bu gün aqressiv idiniz. Növbəti dəfə cəzalanmaqdan qorxmursunuz?

- Mən hər oyun beləyəm. Ömər Paşayev bu oyunda bir-iki dəfə xəbərdarlıq etdi. Ümumilikdə, oyun zaman heç nə göz önünə gəlmir.  

 

- Nəticə oyuna görə oldu?

- Məncə, qalib gəlməli idik. Düzdü, qol buraxdıqdan sonra irəli atıldıq, ona görə qapımızda təhlükəli vəziyyətlər yarandı. İlk hissədə penaltimiz verilmədi. Əgər qapıçı zədələnibsə, deməli, toxunuş olub.

Xəbər xətti