Rəşad Eyubov Serxio Ramosun aqibətini yaşadı

21:00 - 8 Aprel 2018

Topaz Premyer Liqasının XXII turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” matçında (2:2) maraqlı hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, oyunun 72-ci dəqiqəsində qonaq komandanın üzvü Rəşad Eyubov tualetə yollanmaq üçün dördüncü hakim Rəhim Həsənovdan icazə alaraq paltardəyişmə otağına yollanıb. 

 

Onun az sonra yenidən oyuna qoşulacağı gözlənilsə də, bu hal baş verməyib. Bir qədər gecikən yarımmüdafiəçinin əvəzinə meydana 75-ci dəqiqədə Ülvi İsgəndərov daxil olub. Eyubov geri dönərkən ehtiyat oyunçular skamyasında əyləşməli olub.

 

Qeyd edək ki, bir müddət öncə Madrid "Real"ının kapitanı Serxio Ramosun da başına belə hadisə gəlmişdi.

Xəbər xətti