"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasaının 1/4 final mərhələsində səfərdə "Mançester Siti"yə 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəldikləri oyundan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis mərhələ adlamağa layiq olduqlarını dilə gətirib:
"Ən güclü "Mançester Siti"ni gördük. Möhtəşəm müdafiə oldunduğumuz anlar oldu. Məhəmməd Salahın qolu matçın qırılma anı oldu. Mərhələ adlamağa layiq idik. Daha yaxşı ola bilərik".
Klopp "Roma"nın 1/4 finalda "Barselona"nı mübarizədən kənarlaşdırmasına da münasibət bildirib:
Paltardəyişmə otağına gedirdim. Pilləkənlərdən enəndə mənə "Barselona"nın mübarizəni dayandırdığını söylədilər. Zarafat etdiklərini düşündüm. Təbii ki, "Roma"ya hörmətsizlik etmirəm. Salahı itirmələrinə baxmayaraq, yarımfinala yüksəldilər. Çok böyük uğurdur".
saytlarin hazirlanmasi