“Barselona”nın kapitanı Andres İnyesta Çempionlar Liqasının 1/4 finalının “Roma” ilə cavab qarşılaşmasında 0:3 hesablı uduzaraq turnirlə vidalaşdıqları matçdan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi turnirdə son oyuna çıxdığını deyib:
"Belə məqamda nəsə demək çətindir. Biz buna hazır deyildik. Çoxlu səhv edirsənsə, Çempionlar Liqasında bunu bağışlamırlar. Dəhşətli dərəcədə məyusuq. İlk hissədə bizdə heç nə alınmadı. İkinci hissədə bir qədər artırsaq da, bu, yetərli olmadı. Biz başqa tempdə oynamalıydıq. Ola bilsin ki, Çempionlar Liqasında son oyunum idi. Turniri belə notda bitirmək çox ağırdır. Məğlubiyyət yetərincə motivasiyamızın olmaması ilə bağlı deyil. Bura Çempionlar Liqasıdır, burda gözlənilməzliklər baş verir. Biz fiaskoya uğradıq”.
saytlarin hazirlanmasi