“Zədədən bir müddət öncə qayıtmışam. “Sumqayıt”a gələn zaman sonuncu dəfə ötən ilin noyabr ayının 25-də oynamışdım. 2-3 ay zədəyə görə itirdim. Özümə yavaş-yavaş gəlirəm. Tam formaya düşəcəyim gün olacaq. Çalışmaqda davam edirəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Elnur Abdullayev söyləyib. Zədədən sonra formaya yavaş-yavaş düşdüyünü deyən təcrübəli oyunçu ölkə kubokunun yarımfinal mərhələsində "Keşlə"yə qarşı keçirəcəkləri oyunlara da toxunub:
“Sumqayıt” bu mövsüm gözəl təsir bağışlayır. Bunu hər kəs görür. Düzdür, çətin olacaq. Mən düşünürəm ki, yarımfinal final matçından da ağır olacaq. Kubokla çempionatda yaxşı şansımız var. Çalışacağıq ki, əlimizdən gələni edək. Hər iki cəbhədə uğurlu olmaq istəyirəm”.
Qeyd edək ki, Elnur Abdullayev qış fasiləsində "Keşlə"dən "Sumqayıt"a keçib.
saytlarin hazirlanmasi