Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Yuventus" səfərdə "Real"a 3:1 hesabıyla qalib gəlsə də, iki görüşün nəticəsinə görə turnirlə vidalaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Yuventus"un qapıçısı Canluici Buffon açıqlama verib. İllərin təcrübəsi görüşün baş hakimi Maykl Oliveri sərt tənqid edib:
"Bəli, mübahisəli epizoddur. 90+3-cü dəqiqədə əmin deyilsənsə, penalti verməməlisən. Bu dəqiqədə belə bir şey etməzlər. Komanda bütün gücünü qoydu, amma bir adam gəldi və möhtəşəm geri dönüş xəyallarımızı puç etdi. Hakimin oyunu idarə edəcək ürəyi yoxdursa, bu axmaq qərarları vermək əvəzinə, tribunada əyləşsin və çipsi yesin. Referinin ürəyinin yerində zibil qutusu var. "Real" yarımfinala layiq idi, amma biz oyunu əlavə vaxta uzatmağı haqq etmişdik. Onlara uğurlar arzu edirəm".
Buffon komandasıyla qürur duyduğunu dilə gətirib:
"Oyuna başlayanda 0,000005 faiz şansımız var idi. Belə oynayan komandanın bir parçası olduğum üçün özümlə qürur duyuram. Çox çalışdıq və bütün gücümüzü qoyduq".
saytlarin hazirlanmasi