"Real" Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a 1:3 hesabıyla uduzsa da, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.
Sportal.az xəbər verir ki, matçın 90+3-cü dəqiqəsində komandasına penalti qazandıran Lukas Vaskes bu qərar haqda danışıb. Epizod barədə danışan ispan vinger hakimin doğru qərar verdiyini durğulayıb:
"100 faiz penaltidir. Top məndə olanda arxadan müdaxilə oldu.Hakim də haqlı olaraq fiti səsləndirdi".
"Yuventus"lu futbolçuların etirazlarına münasibət bildirən Vaskes bunları söyləyib: "Buffonun qırmızı vərəqə almasıyla bağlı danışmaq istəmirəm. Son saniyələrdə etirazların olması normaldır. Bu oyundan dərs çıxarmalıyıq. Çempionlar Liqası səhvləri bağışlamır".
Həmin epizodda Lukas Vaskeslə mübarizə aparan "Yuventus"un müdafiəçisi Medhi Benatia da həmin an barədə danışıb. Mərakeşli futbolçu bunları söyləyib: "Allah şahidim olsun,tanrıya and içirəm ki, Lukas Vaskesi itələməmişəm. Topa müdaxilə etdim. O isə özünü yerə atdı, çünki başqa seçimi yox idi. Bu penalti qərarı axmaqlıqdır".
saytlarin hazirlanmasi