"Yuventus"un prezidenti: "Hakim təkrarı izlədikdən sonra ən çox üzülən adam olacaq"

11:41 - 12 Aprel 2018

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Yuventus" səfərdə "Real"a 3:1 hesabıyla qalib gəlsə də, iki görüşün nəticəsinə görə turnirlə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Yuventus"un prezidenti Andrea Anyelli açıqlama verib. Klub patronu Çempionlar Liqasında video hakim texnologiyasına ehtiyac duyulduğunu deyib:

 

"İtaliya klublarına qarşı son zamanlar çox ədalətsizlik edirlər. Çempionlar liqasında VAR-a mütləq ehtiyac var. Bu, 1-2 xalın söhbəti deyil, prestij məsələsidir, ortada böyük pullar var. Belə səhvlərə yol vermək olmaz. "Roma"nın "Barselona" qarşısında penaltisi verilmədi, "Milan" səhvlər ücbatından "Arsenal"a məğlub oldu. Bu dəfə bizə qarşı da ədalətli qərarlar verilmədi. Bu, ciddi problemdir və UEFA-nın yaxşı hakimləri yoxdur. Bacarmırlarsa, hakim yetişdirməyə kömək edə bilərik. Maykl Oliver təkrarı izlədikdən sonra bəlkə də, ən çox üzülən adam olacaq. Əlimizdə VAR texnologiyası ola-ola niyə istifadə etmirik? Qapı hakimləri ilə VAR eynidir?"

 

Anyelli UEFA Hakimlər Komitəsinin sədri Pyerlyuci Kollinanı da hədəfə alıb: "Kollina tərəfsiz olduğunu göstərmək istəyir. Buna görə də İtaliya klubları belə aqibətlə üzləşir".

 

Xəbər xətti