Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Keşlə" "Sumqayıt"ı qəbul edir.
Sportal.az xəbər verir ki, "İnter Arena"da baş tutan qarşılaşmanın 80-cı dəqiqəsində qalmaqal yaşanıb. "Sumqayıt"ın futbolçusuna qarşı kobudluq edilib. Baş hakim Rəhim Həsənov epizodu qayda pozuntusu kimi dəyərləndirib, lakin "Keşlə"nin futbolçusuna sarı vərəqə verməyib. Hakimin bu qərarına "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov sərt reaksiya verib. O, matçın dördüncü hakimi Ömər Paşayevə etiraz edib.
Samir Abbasov bu hərəkətinə görə baş hakim Rəhim Həsənov tərəfindən texniki zonadan uzaqlaşdırılıb. O, uzaqlaşdırıldıqdan sonra hirsini stadionun reklam bannerlərindən çıxıb.
Qeyd edək ki, Abasov mövsüm ərzində bir dəfə bu cəzaya məruz qalıb.
saytlarin hazirlanmasi