"Kəpəz" "Qarabağ"la matça itkilərlə çıxacaq

19:38 - 12 Aprel 2018

Topaz Premyer Liqasının 23-cü turunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı məşqlərini davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” görüşə itkilərlə hazırlaşır. Zədədən sonra müalicəsini davam etdirən Dedimar Ferreyra Ağdam klubu ilə görüşdə komandaya kömək edə bilməyəcək. Gəncəlilərin digər zədəli futbolçusu Dieqo Souzanın vəziyyəti isə yaxşıdır. Yarımmüdafiəçi kollektiv məşqlərdə iştirak edir.

 

“Kəpəz”in “Qarabağ”la oyun öncəsi son məşqi sabah saat 11:00-a təyin olunub. Gəncə şəhər stadionunda keçiriləcək hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.  

 

Qeyd edək ki, sarı vərəqə limitini dolduran Samir Zərgərov də "Qarabağ"la görüşü buraxacaq.

Xəbər xətti