Millimiz Xorvatiyaya uduzdu

18:19 - 13 Aprel 2018

Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi millimiz Xorvatiya seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, turnirdəki ilk matçında Makedoniya yığmasına 2 cavabsız qolla uduzan yığmamız son oyununu aprelin 15-də ev sahibi Bosniya və Herseqovinaya qarşı keçirəcək. 

Xəbər xətti