“Kəpəz” “Qarabağ” üçün hazırlığı başa vurdu

00:52 - 14 Aprel 2018

“Kəpəz” sabah Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində Gəncədə qəbul edəcəyi “Qarabağ”a qarşı oyunun hazırlığını başa vurub.

 

Sportal.az xəbər verir ki, mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan son məşq prosesi uzun sürməyib. Futbolçular məşqçilər korpusunun təlimatlarına uyğun olaraq, təxminən 1 saat ərzində ağır yükləmələr olmadan çalışıblar.

 

Qeyd edək ki, “Qarabağ”la görüşdə Samir Zərgərov cəza, Dedimar Ferreyra isə zədə səbəbindən iştirak edə bilməyəcək.

Xəbər xətti