Şəhriyar Əliyev: "Bu pillədə qalmaq istəmirik" MÜSAHİBƏ

12:18 - 15 Aprel 2018

"Kəpəz" Topaz Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:1 hesabıyla uduzub.
 
Gəncə klubunun müdafiəçisi Şəhriyar Əliyev Sportal.az-a müsahibə verib. Əliyev öncə oyun barədə danışıb:
 
- “Qarabağ”a “Qafqazın “Barselona”sı deyirlər. Liderlə oynadıq. Düşünürəm ki, yaxşı oynadıq. Yaxşı çıxış etdik. Bir xal da qazana bilərdik. Amma nail ola bilmədik.
 
- Son pillədən qurtulmaq mümük olacaq?
- İki oyunda qalib gəlsək, rəqiblərə çata bilərik. “Səbail”lə oyunda qalib gələrək vəziyyətimizi yaxşılaşdırmaq istəyirik. Özümüz də bu pillədə qalmaq istəmirik. Yaxşı oynayırıq, sadəcə, vəziyyətlərimizi qola çevirə bilmirik. Adam həqiqətən də üzülür.
 
- “Kəpəz”də nə baş verir ki, vəziyyət düzəlmir?
- Mövsümün əvvəlində dəyişikliklər çox oldu. Bu proses qışda da davam etdi. Uyğunlaşmada bir az çətinlik olurdu. İnanıram ki, növbəti oyunlarda yaxşı nəticələrimiz olacaq.
 
- Yeni transferlərin səviyyəsi nə dərəcədədir?
- Hər şey göz qabağındadır. Canla-başla oynayırlar.

Xəbər xətti