Ayxan Abbasovla azarkeşlər arasında qalmaqal

21:02 - 15 Aprel 2018

Topaz Premyer Liqasının 23-cü turunun “Zirə” – “Neftçi” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovla yerli azarkeşlər arasında qalmaqal baş verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis texniki zonadan azarkeşlərin "istefa" şüarına kəskin şəkildə reaksiya verib. O, su qabını təpikləyib, azarkeşə etiraz edib. Bundan sonra oyunun baş hakimi Rəhim Həsənov Ayxan Abbasovu texnik zonadan uzaqlaşdırıb.

 

Qeyd edək ki, "Neftçi" rəqibini 3:0 hesabıyla məğlub edib.

Xəbər xətti