Fransanın "Bordo" klubunun formasını geyinən braziliyalı vinger Malkon haqqında çıxan transfer dedi-qoduları ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 2 mövsüm əvvəl Brazilyanın "Korintians" klubundan 5 milyon avroya transfer olan 21 yaşlı gənc ulduz PSJ-ni xəyalındakı komanda adlandırıb:
"PSJ xəyallarımdakı komandadır. Hər mövsüm Çempionlar Liqasında iştirak edirlər, Fransada idə çempionatın qalibi olurlar. PSJ ilə agentim arasında ilk görüş baş tutub. Yalnız bundan xəbərdaram".
Qeyd edək ki, Malkon bu mövsüm çıxdığı 32 qarşılaşmada 9 qol və 7 assistlik performans nümayiş etdirib. Onun adı "Arsenal"la da hallanır.
saytlarin hazirlanmasi