Vurğun Hüseynovun durumuna aydınlıq gəldi: "Keşlə" ilə vacib matçda oynayacaq?

11:52 - 17 Aprel 2018

"Sumqayıt" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Keşlə"ni qəbul edəcək.

 

Sportal.az saytının əldə etidiyi məlumata görə, "Gənclik şəhəri" təmsilçisində ciddi itkilər var. Komandanın kapitanı Vurğun Hüseynov zədədən əziyyət çəkir. Təcrübəli müdafiəçi 7-10 gün ərzində komandasına kömək edə bilməyəcək. Bu səbəbdən o, "Keşlə" ilə kubok matçını və həftəsonu "Qarabağ"la çempionat görüşünü buraxmalı olacaq. Hüseynovla yanaşı, Rail Məlikov da zədədən əziyyət çəkir. İllərin təcrübəsinin durumu sabah bəlli olacaq.

 

Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" matçı aprelin 18-i, saat 17:00-da baş tutacaq. Cütün ilk matçında Bakı komandası 1:0 hesabıyla qalib gəlib

 

Xəbər xətti