Topaz Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə “Səbail”lə qarşılaşacaq “Kəpəz” bu oyun üçün məşqlərə start verib.
Sportal.az xəbər verir ki, komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. “Sarı-göylər”in oyun öncəsi son məşqi görüşün keçiriləcəyi “Bayıl Arena”da olacaq.
Qeyd edək ki, "Səbail" - "Kəpəz" qarşılaşması 22 aprel tarixində baş tutacaq.
saytlarin hazirlanmasi