Azərbaycan kubokunda finalçılar müəyyənləşdi YENİLƏNİB

21:51 - 18 Aprel 2018

Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, keçirilən 2 oyunla finalçılar məlum olub. 

 

“Sumqayıt” öz meydanında ilk oyunda 0:1 hesabıyla uduzduğu “Keşlə”ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə "Keşlə"ni finala yüksəldib.

 

Digər görüşdə isə “Neftçi” “Qəbələ”ni qəbul edib. İlk matçdan səfərdən qələbə ilə qayıdan “ağ-qaralar” sərfəli hesabı qorumağı bacarmayıblar. "Qəbələ" 3:1 hesablı qələbə ilə finala adlayıb.

 

Qeyd edək ki, ölkə kubokunun finalı 28 mayda keçiriləcək. 

 

Azərbaycan kuboku, yarımfinal mərhələsinin cavab oyunları

18 aprel (çərşənbə)


17:00 “Sumqayıt” – “Keşlə” 1:1

Qollar: Cavid İmamverdiyev, 64 - Sezar Meza Kolli, 62

İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
“Kapital Bank Arena”

 

20:00 “Neftçi” – “Qəbələ” 1:3

Qollar: Soni Mustivar, 10 - Baqali Dabo, 20, 30, Cavid Hüseynov, 61 (pen)
İlk oyun: 1:2

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
“Bakcell Arena”

Xəbər xətti