Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Sumqayıt" - "Keşlə" oyununda qalmaqal yaşanıb.
Sportal.az xəbər verir ki, qalmaqalın iştirakçıları "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə ilə "Keşlə"nin baş məşqçisi Yuri Maksimov olublar.
Belə ki, oyunun 71-ci dəqiqəsində Bəxtiyar Həsənalızadə "Keşlə"nin futbolçusu Sezar Meza Kolliyə qarşı kobud oynayıb. "Keşlə"nin ehtiyat oyunçular skamiyasının yaxınlığında baş verən hadisəyə baş məşqçi Yuri Maksimov sərt şəkildə etiraz edib. Nəticədə tərəflər arasında qalmaqal yaşanıb. Hər iki komandanın futbolçuları aranı sakitləşdirməyi bacarıblar.
Qarşılaşmanın baş hakimi Əliyar Ağayev bu hərəkətinə Yuri Maksimovu texniki zonadan uzaqlaşdırıb. Məşqçi meydanı tərk edən zaman "Sumqayıt"ın azarkeşləri tərəfindən fitə basılıb.
saytlarin hazirlanmasi