Emeridən ayrılıq açıqlaması

14:19 - 20 Aprel 2018

PSJ-in baş məşqçisi Unai Emeri mövsümün sonunda göndəriləcəyi və "Real Sosyedad" ilə görüşdüyü iddialarına cavab verib.

 

Sportal.az xəbər verir ki, heç bir görüşmə etmədiyini qeyd edən mütəxəssis bunları söyləyib:

 

"Nə mən, nə də mənim adımdan biri başqa klubla görüşməyib. PSJ-yə və əlimizdəki hədəflərə cəmlənmiş vəzyətdəyəm. Bunu açıq söyləmək istəyirəm".

 

Qeyd edək ki, PSJ-nin Çempionlar Liqasındakı məğlubiyyətindən sonra Emeri ilə yollarını ayıracağını və yeni baş məşqçinin Tomas Tuhel olacağı bildirilir.

Xəbər xətti