"Sumqayıt" "Qarabağ" üçün başladı

00:51 - 21 Aprel 2018

“Keşlə” ilə oyundan sonra 1 günlük istirahət edən “Sumqayıt” məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun komandası doğma arenada məşqə çıxıb. Zədəsini bərpa edən kapitan Vurğun Hüseynov fərdi hazırlıqla kifayətlənib. 1 saat davam edən məşq prosesində müxtəlif toplu çalışmalar edilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması aprelin 22-də keçiriləcək və saat 19:00-da start götürəcək.

Xəbər xətti