Elnur Çodarov: "Gələnlər onların yerini doldura bilmədilər"

18:24 - 21 Aprel 2018

“İlk hissədə yaxşı oynadıq. İkinci hissədə diqqətsizlik etdik”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin məşqçisi Elnur Çodarov deyib. Qəsəbə təmsilçisi Topaz Premyer Liqasının XXIV turunda səfərdə “Keşlə”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc məşqçi fikirlərini bildirib:

 

- Rəqibi təbrik edirəm. Futbolçular verilən tapşırıqları yerinə yetirə bilmədilər. Çox çalışsaq da, hesabı xeyrimizə dəyişə bilmədik.

 

- Artıq qələbəsiz oyunlar seriyası 10-a çatdı. Rəhbərlik buna nə deyir?

- Rəhbərliklə görüşümüz olub, bizə inanırlar. İşimizi sona qədər davam etdirəcəyik. “Qara zolaq”dan çıxmaq istəyirik.

 

- Uğursuzluqların səbəbini nədə görürsünüz?

- Gedən oyunçularımız oldu, gələnlər onların yerini doldura bilmədilər. Məncə, əsas problem budu.

Xəbər xətti