Samir Abasov: "Bir-iki hakimi birmənalı qarşılamıram" MÜSAHİBƏ

22:48 - 22 Aprel 2018

Topaz Premyer Liqasının 24-cü turunda "Sumqayıt" evdə "Qarabağ"a 0:1 hesabıyla məğlub olub

 
Sportal.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- "Qarabağ"ı təbrik edirəm. Amma bu gün onların çempionluğu rəsmi elan etmələsini istməzədiim. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzu edirəm. Biz isə yaxşı oynadıq. Ötən matçlardakından daha güclü idik. Təəssüf ki, alınmadı.

 

- Oyun başa çatan kimi hakimlərin üzərinə şığıdınız. Ədalət sahiblərinə hücum çəkməyinizin səbəbi nə idi?

- Kubok matçında yığılan məsələlərdir. Bu haqda danışmaq istəmirəm. Nəsə desəm, bizə baha başa gələr. Bir-iki hakimi birmənalı qarşılamıram. Mövsüm bitəndən sonra danışarıq.

 

- "Sumqayıt"dan ayrıla biləcəyinizi demişdiz...

- Sözlərim canlı yayımda yanlış təqdim olundu. Orda başqa şeydən danışırdıq. Doğma şəhərimin komandasını sevirəm. Burada maaş söhbəti sonuncudur. Rəhbərliklə görüşəcəyik. Əlimdən gələni edəcəm ki, klubda qalıb. Bu komandanı sevirəm.

 

- Sizinlə Ayxan Abbasov bu ölkənin ən aqressiv məşqçisidir. Bəlk,ə çılğınlığa bir qədər sərhəd qoyasız?

- Məlsəhətinizə görə çox sağ olun. Amma məğlub olmaq istəməyən məşqçi üçün bu, təbii haldır.

 

- Avrokuboklara vəsiqə şansınızı necə hesab edirsiz?

- Bu oyun məni ümidləndirdi. Cavid İmamverdiyevlə Rəşad Eyubovun ayağında ağrılar olduğu üçün onları bu gün qorudum. Sona qədər mübarizə aparacağıq.

Xəbər xətti