Torres Amerikaya üz tutur

15:58 - 6 May 2018

"Atletiko"dan mövsümün sonunda ayrılacağını açıqlayan Fernando Torresin yeni komandası maraqla gözlənilir.

 

Sportal.az xəbər verir ki, təcrübəli forvard Amerikaya üz tuta bilər. İspaniya mətbuatında gəzən xəbərlərə görə, Torresin yeni komandası MLS təmsilçisi "Çikaqo Fayre" olacaq.

 

Qeyd edək ki, 34 yaşlı hücumçu bu mövsüm 41 oyuna 8 qol vurub, 2 assist edib.

Xəbər xətti