Mövsümün sonunda "Barselona"dan ayrılacaq Andres İnyestanın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, Çinə gedəcəyi gözlənilən 33 yaşlı yarımmüdafiəçi fərqli qərar verib. O, karyerasını Yaponiyada davam etdirəcək. İspaniya millisinin üzvü "Vissel Kobe" klubu ilə razılıq əldə edib. İnyesta Yaponiya klubu ilə 3 illik müqavilə üçün anlaşıb. Onun illik qazancı 25 milyon avro olacaq. Bu transferdə "Barselona"nın titul sponsoru olan "Rakuten" şirkətinin baş direktoru Hiroşi Mikitaninin rolu böyük olub.
Qeyd edək ki, "Vissel Kobe"də Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski də çıxış edir.
saytlarin hazirlanmasi