Emenike qalmaqala səbəb oldu: "Yuxum gəlir, məşq etmirəm"

11:54 - 11 May 2018

Mövsümün əvvəlində "Fənərbaxça"dan "Olimpiakos"a transfer olan, qış fasiləsində isə Yunanıstan təmsilçisindən İspaniyanın "Las Palmas" klubuna icarəyə verilən Emmanuel Emenike qalmaqala səbəb olub.

 

Sportal.az xəbər verir ki, qışdan sonra zədə səbəbindən oynamayan hücumçu məşqdə intizamsızlıq edib. Nigeriyalı futbolçu məşqçilərə "Yuxum gəlir, məşqə davam etmək istəmirəm" deyərək gedib. 31 yaşlı hücumçu məşqçilərin cavabını gözləmədən məşqi yarımçıq qoyaraq gedib.

 

AS nəşrinin məlumatına görə, "Las Palmas" Emenikeni bu hərəkətinə görə ağır cəzalandıracaq.

 

Qeyd edək ki, Nigeriya millisinin sabiq futbolçusu mövsümün sonunda "Olimpiakos"a dönəcək.

Xəbər xətti