Ötən mövsüm başa çatdıqdan sonra "Atletiko"dan Fernando Torresin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu Yaponiyaya üz tutub. Təcrübəli forvard "Saqan Tosu" klubu ilə münasibətlərini rəsmiləşdirib. ABŞ və Çindən təkliflər alan Torres Yaponiya variantına üstünlük verib.
Qeyd edək ki, Torres ötən mövsümdə 45 oyuna 10 qol vurub.
Əlavə edək ki, Yaponiya çempionatında Andres İnyesta və Lukas Podolski kimi futbol dünyasında iz qoyan ulduzlar çıxış edir.
saytlarin hazirlanmasi