"Qarabağ"ı kifayət qədər təhlil etmişik. Rəqibin heyətində ciddi dəyişikliklər var".
Sportal.az xəbər verir ki, bu sözləri Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa deyib. 40 yaşı ötən günlərdə tamam olan mütəxəssis sabah ÇL-in I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən danışıb:
"Qarabağ" yaxşı komandadır, keyfiyyətli futbolçuları var. Ötən il bu komanda Çempionlar Liqasının qrupunda çıxış edəb və bu təsadüf ola bilməz. Çətin sınaq qarşısındayıq. Güclü rəqiblə düşmüşük və özümüzü göstərməliyik".
Qeyd edək ki, Sabah Sloveniyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
saytlarin hazirlanmasi