Yay təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Bolu şəhərində keçirəcək “Zirə”nin qonşu ölkədə planlaşdırılan yoxlama oyunlarındakı rəqiblərinin üçünün adı məlum olub.
Sportal.az xəbər verir ki, iyulun 19-da səfərə çıxacaq komanda ilk görüşünü bir gün sonra Qətərin yüksək liqa təmsilçisi “Əl-Xaritiyah” klubuna qarşı keçirəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bundan başqa daha 3 görüşə çıxacaq. Belə ki, “qartallar” iyulun 23-də Türkiyə Super Liqa təmsilçisi “Osmanlıspor”, 27-də isə qardaş ölkənin 1-ci liqa təmsilçisi “Əskişəhərspor”la qarşılaşacaq.
Həmçinin, iyulun 30-da komanda daha bir yoxlama matçına çıxacaq. Bu oyundakı rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.
“Zirə” avqustun 1-də Bakıya qayıdacaq.
saytlarin hazirlanmasi