Pablo Maçin: "3:1 hesablı qələbə "Neftçi"nin turu keçməsi demək deyil"

13:51 - 16 İyul 2018

“Potensial rəqiblərimizin oyununu izləmişəm. Hava çox isti olduğu üçün qarşılaşmanın tempi yüksək deyildi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri İspaniyanın “Sevilya” klubunun baş məşqçis Pablo Maçin deyib. İlk oyunda “Uypeşt”i 3:1 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşündən sonra mərhələ adlasa, II təsnifat mərhələsində İspaniyanln “Sevilya” klubu ilə qarşılaşacaq. Əndəlüsiyalıların çalışdırısı hər iki komandanın növbəti mərhələyə adlamaq üçün şanslarının olduğunu bildirib:

 

“Rəqibimizin kimliyini bilmək üçün ikinci matçı gözləmək lazımdı. Qarşılaşmanın nəticəsi bizim üçün çox vacibdir. Çünki kimlə oynayacağımızı bilsək, hazırlıq planımızı ona uyğun quracağıq. 3:1 hesablı qələbə “Neftçi”nin turu keçməsi demək deyil. Hər iki komandanın çox yaxşı oyunçuları var. Mərhələ adlamaq üçün mümkün olan hər şeyi etməliyik. Bizim üçün əsas məsələ budu”.

 

Qeyd edək ki, “Uypeş”lə “Neftçi” arasındakı cavab oyunu iyulun 19-da keçiriləcək.  

Xəbər xətti