Modriç "İnter"ə transfer olmaq üçün Peresdən icazə istədi

17:10 - 3 Avqust 2018

"Real"ın yarımmüdafiəçisi Luka Modriç "İnter"ə transfer olması üçün klubun prezidenti Florentino Peresdən icazə istəyib.

 

Sportal.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. Xorvatiya millisinin üzvü Milana gedərək, "İnter" üçün tibbi müayinədən keçmək istəyir. 32 yaşlı yarımmüdafiəçisi Milan təmsilçisinin illik 11,5 milyon avroluq maaş təklifinə müsbət yanaşır. "İnter" bu keçid üçün "kral klubu"na 40 milyon avro ödəməyə hazırdır.

 

"Real"ın prezidenti Florentino Peres isə ötən günlərdə verdiyi açıqlamada Modriçi transfer etmək istəyən klubun onun sərbəst qalma qiymətini - 750 milyon avronu ödəməli olduğunu diqqətə çatdırıb.

 

Qeyd edək ki, Modriç 2012-ci ildə "Tottenhem"dən "Real"a keçib.

Xəbər xətti