“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA superkubokunda 4:2 hesabı ilə “Real”ı məğlub etdikləri matçdan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:
“Oyunçu dəyişiklikləri bizə əlavə güc verdi. Anxel Korrea, Tomas Partey və Vitolo oyuna girdikdən sonra meydanda daha istəkli komanda gördüm. Bu gecə Dieqo Koştanın gecəsi olduğunu düşünürəm. Mükəmməl heyətə sahibəm.
Oynadığımız son bir neçə finalda işlər istədiyimiz kimi getmirdi. Lakin bu gün qələbə qazandıq. İndi bunu qeyd etməliyik. Lakin sabahdan “Valensiya” matçı haqqında düşünməyə başlamalıyıq”.
saytlarin hazirlanmasi