La Liqa oyunları ABŞ və Kanadada baş tutacaq

17:51 - 16 Avqust 2018

İspaniya La Liqasının bəzi oyunları ABŞ və Kanadada keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, bu barədə qurumun prezidenti Xavyer Tebas məlumat verib. Tebas "Relevent Sports"la 15 illik müqavilə bağladıqlarını və bu müddət ərzində La Liqa klublarının ABŞ və Kanadada oyun keçirəcəyilə bağlı razılıq əldə edilib. Tebas reklam gəlirlərinin artırılması və La Liqanın daha da nüfuzlu olması üçün bu addımı atdıqlarını bildirib. Konkret olaraq, hansı oyunların hansı məkanda keçiriləcəyi ilə bağlı açıqlama verilməyib.

 

La Liqanın ötən mövsüm 2,86 milyard dollar gəlir qazandığı açıqlanıb.

 

Qeyd edək ki, İspaniya La Liqası avqustun 17-də start götürəcək. 

Xəbər xətti