İspaniyanın "Selta" klubu Türkiyə millisinin üzvü Əmrə Morun performansından olduqca narazıdır.
Sportal.az xəbər verir ki, ipə-sapa yatmayan futbolçu kimi tanınan 21 yaşlı vingeri Viqo təmsilçisi satmaq niyyətindədir. İspaniya mətbuatının məlumatına görə, Türkiyənin "Beşiktaş", "Qalatasaray" və "Fənərbaxça" klubları Əmrə üçün çox aşağı təklif göndəriblər. Əmrə özü də Türkiyəyə getmək niyyətində deyil. "Selta" isə futbolçunu almaq niyyəti olan komanda ilə görüşməyə hazırdır.
Qeyd edək ki, La Lİqa klubu Əmrəni 2017-ci ildə Dortmund "Borussiya"sında 13 milyon avro transfer edib.
saytlarin hazirlanmasi