"Barselona" yarımmüdafiəçisini icarəyə verdi

17:51 - 21 Avqust 2018

"Barselona" yarımmüdafiəçisi Rafinya Alkantaranı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun agenti və atası Mazinyo "Real Betis" rəhbərliyilə görüşüb. Danışıqların müsbət tamamlandığı bildirilir. 25 yaşlı futbolçu əndəlüsiyalılarda 1 illik icarə əsasında çıxış edəcək. Keçidin tezliklə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Rafinya "Barselona"nın yetirməsidir. O, son mövsümü icarə əsasında "İnter"də oymayıb.

Xəbər xətti