Madrid "Atletiko"sunun müdafiəçisi Filipe Luis yayda klubdan ayrılaraq, başqa komandaya transfer olmaq istəyində olduğunu etiraf edib.
Sportal.az xəbər verir ki, "Globoesporte"yə danışan sol cinah müdafiəçisi PSJ-yə keçmək üçün klubdan icazə istədiyini və müsbət cavab almadığını bildirib: "Atletiko"nu transfer üçün məcbur etməmişəm. Burda olduğum üçün şadam. Ancaq klubum məni məyus etdi. PSJ məni transfer etmək üçün çalışırdı. Kluba bu barədə məlumat verdim. Ancaq mənə icazə verilmədi".
Qeyd edək ki, 33 yaşlı futbolçunun müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Braziliya millisinin üzvünün sərbəst qalma dəyəri 30 milyon avrodur.
saytlarin hazirlanmasi