"Real"ın futbolçusu Dani Kebalyos komandanın sabiq baş məşqçisi Zinəddin Zidan barədə danışıb.
Sportal.az xəbər verir ki, ötən mövsüm "kral klubu"nda 14 oyun keçirən 22 yaşlı yarımmüdafiəçi Zinəddin Zidana əsəbi olduğunu və ondan incidiyini bilditib: "Zidana qarşı çox əsəbiyəm və ondan küsmüşəm. Yalnız Toni Kross və Luka Modriç ikilisi oynamadığı zaman şans qazanmaq ehtimalım olurdu. Məni cəsarətləndirmək əvəzinə, sistemi dəyişirdi və heyətdən kənarda qalırdım. Mənim təbiətim belədir. Bu kimi hallara görə küsürəm".
Qeyd edək ki, "Real" Kebalyosu 2017-ci ildə "Real Betis"dən 16,5 milyon avroya alıb.
saytlarin hazirlanmasi