PSV-nin ulduzu nəhənglərin hədəfində

16:56 - 12 Sentyabr 2018

DÇ-2018-də parlaq oyun nümayiş etdirən PSV-nin meksikalı ulduzu İrvinq Losano diqqətləri öz üzərinə çəkdi.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı vinqer İspniyanın "Barselona" və "Atletiko" klublarının transfer hədəfindədir. Hər iki klub bu keçid üçün 50 milyon avro xərcləməyə hazırdır. İspaniya mətbuatının məlumatına görə, son seçim Losanonun olacaq.

 

Qeyd edək ki, 22 yaşlı İrvinq "Çaki" Losano 2017-ci ildə "Paçuka"dan 8 milyon avroya PSV-yə transfer olub.

Xəbər xətti