Millimizin oyunu 40 manata

00:29 - 25 Sentyabr 2018

Milli komandamızın UEFA Millətlər Liqasında səfərdə Farer adalarına qarşı keçirəcəyi oyuna biletlər satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, oktyabrın 11-də Torshavnda "Torsvollur" stadionunda baş tutacaq qarşılaşma üçün biletlərin qiyməti sektorlardan asılı olaraq 150-200 farer kron aralığındadı. Bu isə 40-54 AZN-di.

 

Xatırladaq ki, ada təmsilçisində qarşılaşma Bakı vaxtilə saat 22:45-də keçiriləcək.

Xəbər xətti