Adil Şükürov "Şüvəlan"da!

22:08 - 16 Yanvar 2019

I Divizionda çıxış edən "Şüvəlan"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisini bundan sonra Adil Şükürov çalışdıracaq. Mütəxəssislə 5 illik müqavilə bağlanılıb. Şükürov bu vəzifədə Aqil Nəbiyevi əvəzləyib.


Qeyd edək ki, Şükürov bundan əvvəl "Zirə" Futbol Akademiyasının rəhbəri olub. O, həmçinin "qartallar"ın baş məşqçisi kimi də çalışıb və bu komandaya 2015/16 mövsümündə Topaz Premyer Liqasının gümüş  medallarını qazandırıb. Bundan başqa, mütəxəssis 17 yaşlılardan ibarət Azərbaycan millisinin və "Bakı"nın müxtəlif yaş üzrə komandalarını çalışdırıb.

 

 

Xəbər xətti