Mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən “Kəpəz” yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Gəncə klubu bu gün Bakı səfərində “Keşlə-2” komandası ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sarı-göylər”in yeganə qoluna yeni transfer Tural Rzayev imza atıb.
Tarix: 25 Yanvar [19:38]
|
|
Müəllif: Sportal.az
|