Ayxan Abbasov: "Oyun baxımından üstün olduq"

18:18 - 13 Aprel 2019

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Zirə” – “Sumqayıt” (2:0) oyununda sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Qələbə üçün gəlmişdik. Oyun baxımından üstün olduq. Təəssüf ki, sonluq çatmadı. Bizdə ən çatışmayan şey qol vəziyyətlərindən yararlanmamağımızdı. Rəqib isə imkanlardan istifadə edə bildi. Sona 4 tur qalıb. Əlimizi aşağı salmaq olmaz. Qarşıdan kubok oyunları da gəlir. Əlimizdən nə gələcəksə, sona qədər vuruşacağıq. "Zirə"ni təbrik edirəm.

 

- Kubokla bağlı planlarınız nədi?
- Bu oyunda zədəlilərimiz çox idi. Dəyişikliklərdə də çətinlik çəkdik. Orta xətdə demək olar ki, futbolçumuz yoxdu. Elvin, Arif, Əfranın sıraya dönəcəyini gözləyirik. Böyük seçimimiz yoxdu. Hansısa futbolçu zədələnəndə çətinlik çəkirik. Kubok matçı “Sumqayıt” üçün çox önəmlidi.

 

- Əli Babayev emosional şəkildə komanda yoldaşlarına nə isə dedi, sonra siz onun üstünə qışqırdız. Ardınca isə əvəzlənməyini istədi. Nə baş verirdi?
- Oynayıb-oynamamağı sual altında idi. Dizində zədə var idi. Ola bilər ki, emosional reaksiya vermişəm. Onu sakit olmağa çağırırdım, sarı vərəqə almamasını istəyirdim. Əvəzlənmməsi dizindəki ağrılara görə idi. Oyundan əvvəl demişdi ki, 5 dəqiqəyə baxacam vəziyyətimə. Ola bilər ki, bu hadisələr üst-üstə düşüb.

Xəbər xətti