İlk “quru oyun”

16:56 - 15 Aprel 2019

“Zirə”nin qapıçısı Abdulla Seyidəhmədov Premyer Liqada ilk “quru oyun”unu keçirib.

 

Sportal.az xəbər verir ki, gənc qapıçı 24-cü turun “Sumqayıt”la matçında qapısını toxunulmaz saxlayıb. “Zirə”nin 2:0 hesablı qələbəsinədək yalnız bir görüşə çıxan qolkiper həmin qarşılaşmada qol buraxmışdı.

 

2-ci cəhddən “quru oyun” keçirməyə nail olan Abdulla, “Zirə”nin heyətində Premyer Liqada bunu bacaran 3-cü qapıçıdır. İndiyədək yüksək dəstədə “qartallar”ın formasını geyinən qolkiperlərin hamısının hesabında belə oyun var. Anar Nəzirov 27, Kamal Bayramov 15 dəfə meydanı qol buraxmadan tərk edib.

 

Seyidəhmədovun debütü 2018-ci il martın 4-də “Keşlə” ilə matça (1:2) təsadüf edib.

Xəbər xətti