Vurğun Hüseynov 150-yə çatdı

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov yubiley oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “Səbail”lə matç müdafiəçinin “Sumqayıt”ın heyətində keçirdiyi 150-ci çempionat görüşü olub. O, bu qarşılaşmalarda 1 qol vurub. 2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov klubun tarixində 150 və daha çox oyun keçirən ikinci futbolçu olub. Onadək hazırda “Zirə”də oynayan Bəxtiyar Həsənalızadə bu göstəricini arxada qoyub.

 

Qeyd edək ki, “Sumqayıt”  “Sabah”la matçda 1:2 hesabı ilə uduzub.

Tarix: 19 Aprel [17:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio