"Qəbələ" "Qarabağ"a qalib gəldi, "Sumqayıt" "Zirə" ilə heç-heçə etdi YENİLƏNİB

20:22 - 23 Aprel 2019

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, mərhələnin ilk oyunu Qəbələdə baş tutub. Burada şəhərin eyniadlı komandası ilə “Qarabağ” üz-üzə gəlib. "Qəbələ" qonaqlara 1:0 hesabı ilə qalib. 

 

Digər cütlükdə "Sumqayıt" "Zirə"ni qəbul edib. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Azərbaycan Kuboku 

Yarımfinal, ilk oyunlar 

23 aprel (çərşənbə axşamı)

 

16:00. "Qəbələ" - "Qarabağ" - 1:0

Qol: Ceyms Adeniyi, 71

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

 

18:30. "Sumqayıt" - "Zirə" - 0:0

Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov 

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena”

Xəbər xətti