"Qalatasaray"ın hücumçusu Premyer Liqa klubuna qayıdacaq

12:33 - 25 Aprel 2019

İngiltərnin "Everton" klubu Türkiyənin "Qalatasaray" komandasına icarəyə verdiyi Henri Onyekuru ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu nigeriyalı hücumçunu daha bir il icarəyə götürmək istəyir. Premyer Liqa klubu isə 21 yaşlı hücumçunu ən azı 25 milyon avroya satmaq istəyir. Bu səbəbdən də Onyekuru mövsüm bitən kimi Liverpul təmsilçisinə qayıdacaq.

 

Qeyd edək ki, Onyekuru cari mövsüm 37 oyuna 12 qol vurub, 2 assist edib.

Xəbər xətti