"Sumqayıt"ın futbolçusu üçün əlamətdar oyun

Topaz Premyer Liqasının XXVI turu “Sumqayıt”ın futbolçusu Arif Daşdəmirov üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan çempionatlarında 300-cü matçını keçirib. Yubiley “Neftçi” ilə səfərdəki qarşılaşmaya təsadüf edib. 3:2 hesablı qələbəyə sevinən futbolçu “Sumqayıt”da 22-ci matçında forma geyinib.

 

Azərbaycanda 2005/06 mövsümündə debüt edən futbolçu 300 oyunda 14 qol vurub. O, indiki klubunadək “Şahdağ”da 19 (2 qol), “MKT-Araz”da 22 (2 qol), “Masallı”da 20 (1 qol), “Standard”da 16, “Qəbələ”də 48 (1 qol), “İnter”də (indiki “Keşlə”) 138 (8 qol), “Qarabağ”da 15 oyun keçirib.

 

Qeyd edək ki, Daşdəmirov Azərbaycan çempionatlarında 300 və daha çox oyun keçirən 20-ci futbolçudur.

Tarix: 29 Aprel [14:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyul 2019
18  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio