Sənan Qurbanov texniki zonadan göndərildi

18:44 - 1 May 2019

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qonaq komandanın məşqçisi Sənan Qurbanov texniki zonadan uzaqlaşdırılıb. Buna onun matçın baş hakimi İnqilab Məmmədovun qərarına etirazı səbəb olub. Epizodların birində referiyə iradını sərt şəkildə bildirən mütəxəssis tribunaya göndərilib.

 

Qurbanovun texniki zonadan göndərilməsindən sonra "Qəbələ" hesabı 1:2 edib.

Xəbər xətti