"Sumqayıt" tarixində yeni ad: Peyman Babayi

Peyman Babayi “Sumqayıt” klubunun tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu 2010-cu ildə yaranan komandanın heyətində rəsmi görüşdə het-trik edən ilk futbolçu adına yiyələnib. İranlı legioner buna Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə səfərdəki cavab matçında (3:3) nail olub.

 

Qeyd edək ki, Babayi Azərbaycan kubokunda mövsümün ilk het-trikinə imza atıb. Turnirdə bunu bacaran sonuncu futbolçu Filip Ozobiç olmuşdu. “Qəbələ”də çıxış etdiyi vaxt “Mil-Muğan”a (8:0) üç qol vuran xorvatiyalı yarımmüdafiəçi 518 gün əvvəl - 2017-ci il noyabrın 29-da fərqlənmişdi.

Tarix: 3 May [10:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio