Paşayev "Şaxtyor"a qarşı 90 dəqiqə oynadı

11:19 - 12 May 2019

Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" klubu səfərdə Donetsk "Şaxtyor"una 1:2 hesabı ilə uduzub.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

İlk 6-lıqda mübarizə aparan "Aleksandriya" 48 xalla 3-cüdür. "Şaxtyor" 73 xalla 1-ci, Kiyev "Dinamo"su 62 xalla 2-cidir.

Xəbər xətti